$ DOLAR → Alış: 6,04 / Satış: 6,07
€ EURO → Alış: 6,75 / Satış: 6,78

AVRUPA’DA DEMOKRATİK AZERBAYCAN HAREKETİ KURULDU

AVRUPA’DA DEMOKRATİK AZERBAYCAN HAREKETİ KURULDU
  • 08.03.2013
  • 5.608 kez okundu

azerbaycan,protestoYurtdışında yaşan pek çok Azerbaycanlı Türk sivil toplum kuruluşları tek çatı arlında birleşerek Demokratik Azerbaycan Hareketi (DAH) adıyla yeni bir teşkilatlanmanın içine girdiler.Teşkilatın Avrupa temsilcileri ve amaçlarını anlatan basın bildirisi aşağıda okuyucularımızın ilgisine sunulur.

Xaricdə yaşayan azərbaycanlılar – siyasi mühacirlər, politoloqlar, bloqqerlər, gənc aktivistlər, jurnalistlər, hərbçilər yeni hərəkat yaratdılar.

Xarici ölkələrdə yaşamaqlarına baxmayaraq, Azərbaycanda baş verən proseslərlə bağlı narahatlıqlarını daimi bu və ya digər formada ifadə edən 100-dən çox həmvətənimiz birgə fəaliyyət göstərməyə qərar veriblər. Aparılan müzakirələrin və keçirilən görüşlərin nəticəsi olaraq belə qərara gəlinib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı demokratlar Demokratik Azərbaycan Hərəkatı adlı qurum təsis etsinlər. Qurum təsisindən sonra isə hərəkatın Əlaqələndirmə Şurası yaradılıb, bəyannamə imzalanıb.

Bu barədə redaksiyamıza məlumat verən Əlaqələndirmə Şurasının üzvü, mühacir jurnalist Fikrət Hüseynli bildirdi ki, hərəkatda Azərbaycanda və dünyada kifayət qədər tanınmış şəxslər, diaspora qurumları təmsil olunurlar. Belə ki, quruma Amerika Birləşmiş Ştatlarından politoloq Ramis Yunus, gənc aktivist Səid Nuri, Norveçdən polkovnik İsa Sadıqov, Xəlil Əlvani, jurnalist Kamilla Ali daxildirlər. Digər Skandinaviya ölkəsi olan İsveçdən Sərdar Ağayevin rəhbərlik etdiyi Demokratiyaya Yardım İctimai Birliyi və qurumun üzvləri, siyasi mühacirlər Mübariz Əzimli, Rahib Kazımlı, Rahib Cabbarov qatılmışlar. Hərəkatın Pribaltika respublikaları üzrə təmsilçisi və ofis rəhbəri Riqada yerləşən Qazeta Analitik İnformasiya Mərkəzinin rəhbəri Vügar Rəşidovdur.

Bundan əlavə quruma Riqadan gənc litvalı aktivist Abdulla Berezins də qoşulub. Yeni yaranan hərəkatda Almaniyanı İlham Həsənin rəhbərlik etdiyi Frankfurt Azərbaycan və Yusif Abulovun sədri olduğu Mainz Azərbaycanlılar cəmiyyətləri təmsil edəcək. DAH-ın Belçika Krallığıdakı ofisinə satirik şair Mirzə Sakit rəhbər seçilib. Belçika ofisində eyni zamanda Elvir Aliyev, Cahandar Zahidli kimi gənclər də fəaliyyət göstərəcəklər. Hərəkatın Fransada təmsilçisi isə siyasi mühacir, bloqqer və aktivst Elnur Məcidlidir. Qurumun Əlaqələndirmə Şurasına İsveçrədən təmsilçisi siyasi mühacir Hacı Hacılı seçilib. Hollandiyadan isə quruma Azad Seçki Blokunun üzvləri, siyasi mühacirlər Eldəniz Yusibov, Rəşad Sadıqov, Əli Hacılı, Əsəd Qasımov, Cavid Əliyev, Kamal Qasımov, Həsən Əbdürrəhmənov, Samit Məmmədli, Əli İbrahimzadə, Qarabağ qazisi Rauf Hüseynov, hüquqşünas Ataxan Əbilov və digərləri qoşulub. Hərəkatın Əlaqələndirmə Şurasında Nederland Krallığını Fikrət Hüseynli, İsa Yusibov və Sabir Budaqov təmsil edəcəklər. Eyni zamanda Şərqi Avropa ölkələrində, Türkiyədə, Kanadada, Latın Amerikası ölkələrində hərəkatın təmsilçiliyi qurulmaqdadır.

Bununla bağlı bizə məlumat verən Fikrət Hüseynli qeyd etdi ki, təkcə Amerika və Avropa ölkələri ilə yox, Afrika ölkələrilə də əlaqələr yaradılıb. Artıq qurumu Birləşmiş Ərəb Əmirliklərində təmsil edəcək şəxslər də vardır. Qurumun BƏƏ-dəki təmsilçiliyinə İntiqam Əhmədov rəhbərlik edəcək. “Demokratik Azərbaycan Hərəkatına kifayət qədər nüfuzlu şəxslər dəstək verirlər. Onların bir çoxunun adlarını qeyd etməsək də, xüsusi vurğulayaq ki, hazırda İsveçdə mühacirət həyatı yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev də hərəkata dəstək verən önəmli simalardandır. Eyni zamanda demokrat azərbaycanlıların bir qurumda birləşməsinə ABŞ və Qərbdəki mütərəqqi qüvvələr, diplomatlar və siyasi partiyalar da dəstək verirlər”, – deyə Fikrət Hüseynli bildirdi.

Hərəkatın yaranmasıyla bağlı qəbul edilən bəyanatda isə qeyd olunur ki, DAH Azərbaycanda baş verən özbaşınalıqları beynəlxalq qurumlara çatdırmaq, sivil mübarizə üsullarından istifadə edərək dünya ictimaiyyətinin diqqətini Azərbaycanda baş verən qanunsuzluqlara, zorakılıqlara, insanların əqidəsinə görə təqib və təzyiqlərə məruz qalmasına, söz azadlığı problemlərinə yönəltmək, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların aktiv fəaliyyətinə nail olmaqdır. Qurum heç bir siyasi partiyanı dəstəkləməyərək yalnız Azərbaycan xalqına respublikada demokratik hakimiyyətin qurulması işində dəstək verməyi qarşısına məqsəd qoymuşdur.

 

Etiketler: /

Fenerbahçe Beko dördüncü oldu
Basketbol THY Avrupa Ligi Dörtlü Finali’nde İspanya temsilcisi Real Madrid, Fenerbahçe Beko’yu 94-75 yendi.  Organizasyonu Real Madrid üçüncü, Fenerbahçe Beko ise...
Brokolinin kansere karşı bir özelliği daha keşfedildi
Brokoli ve Brüksel lahanasında bulunan bir maddenin, birçok kanser türünde rol oynadığı bilinen WWP1 enzimini tedavi edici biçimde hedef alabileceği tespit edildi. ...
Belçika’da 19 Mayıs Atatürk’ü Anma, Gençlik ve Spor Bayramı kutlandı
Belçika’nın başkenti Brüksel’de 19 Mayıs Atatürk’ü Anma, Gençlik ve Spor Bayramı kutlandı. Türkiye’nin Avrupa Birliği (AB) Daimi Temsilciliğindeki etkinlik saygı...
Milletvekili Hasan Koyuncu bu kez bakanlık için yarışıyor
2010 yılında siyasete atılan Milletvekili Hasan Koyuncu, önce gençlik kollarında görev aldıktan sonra 2012 yılında güzel bir performans sergileyerek bin...
Genk 8 yıl aradan sonra
Belçika Şampiyonluk Grubu’nda, Anderlecht’e konuk olan Genk, mücadeleden 1-1’lik eşitlikle ayrıldı. Club Brugge’ün de kaybetmesiyle Genk, Belçika Ligi’nde bitime 1...
Genç Milli Görüşçülerden mülteci kampına ziyaret
Belcika’nın Verviers şehrindeki Saadet Partili Genç Milli Görüşçüler Ramazan-ı şerifte Brüksel’deki mülteci kampında anlamlı ziyaretle bir araya geldiler. Verviers şehrinden...
Belçika’da uçuşlara grev engeli
Belçika’da hava trafiği kontrol hizmeti sunan Skeyes şirketi çalışanlarının greve gitmesi nedeniyle çok sayıda uçuş iptal edildi. Brüksel Havalimanı, Skeyes’te...
Eski krala DNA testi cezası
Belçika’da mahkeme, Delphine Boel adlı sanatçının kızı olup olmadığının belirlenmesi amacıyla DNA testi yaptırmadığı gerekçesiyle ülkenin eski Kralı İkinci Albert’i para...
FIFA’dan Belçika Futbol Federasyonu ile Anderlecht’e para cezası
Uluslararası Futbol Federasyonları Birliği (FIFA), 18 yaşından küçük futbolcuların transferinde kural ihlali yaptığı gerekçesiyle Belçika Futbol Federasyonu ile Anderlecht Kulübüne para...
İbrahim Dönmez: “Sosyal güvenliği tekrar canlandıracağız”
Brüksel Bölge Parlamentosu’na Sosyalist Parti’den aday olan İbrahim Dönmez, seçim çalışmalarına hızla devam ediyor. Üç dönemdir Schaerbeek Belediye Meclisi’nde görev...
Hollanda Irak’ta askerlere ve peşmergelere verdiği eğitim faaliyetini askıya aldı
Hollanda askerlerinin bölgede artan gerginlikten dolayı Irak ordusundaki askerlere ve peşmergelere verdiği eğitim faaliyetinin askıya alındığı bildirildi. Hollanda basınında çıkan...
Binfikir tiyatrosu turneye Gent’te başladı
İlk olarak Brüksel’de sahnelenen “Sanal Alem ve Benim Annem Bir Alem” adlı 2 Perdelik Komedi 12 Mayıs Pazar günü De...
Belçika’da benzinin fiyatı son 5 yılın rekorunu kırdı
Belçika’daki akaryakıt istasyonlarında satılan benzin fiyatı, son 5 yılın rekorunu kırmış durumda. Her ay yükselen benzin fiyatının Şubat ayına kıyasla,...
BİF geleneksel iftarını düzenledi
Belçika İslam Federasyonunun (BİF) 10 Mayıs 2019 tarihinde BİF merkez binasında bu ramazan ayında da geleneksel iftar daveti düzenlendi. Sunumunu...
İspanya’da zafer Hamilton’ın
Formula 1 Dünya Şampiyonası’nın 5. yarışı İspanya Grand Prix’sinde, Mercedes takımının Büyük Britanyalı pilotu Lewis Hamilton birinci oldu. Formula 1’de sezonun beşinci mücadelesi,...
ZİYARETÇİ YORUMLARI

Henüz yorum yapılmamış. İlk yorumu aşağıdaki form aracılığıyla siz yapabilirsiniz.

YORUM YAZ